EAS
Elektron Nəzarət Sistemləri (Electronic Article Surveillance, EAS) – nişanlama metodu əsasında, satış obyektlərində və anbarlarda malın hərəkətinə nəzarət etməyə və fəaliyyət səviyyəsini yüksəltməyə imkan verir.
Retail Solutions Şirkəti 2008-ci ildən başlayaraq, Azərbaycanın ticarət obyektlərində EAS avadanlığı quraşdırır. Keçmiş dövr ərzində 500-dən artıq mağazada EAS avadanlığı quraşdırılmış, hazırda isə şirkətimiz tərəfidən 300-dən artıq mağazada bu avadanlığa servis xidmətləri göstərilir. Retail Solutions Şirkəti mal itkisinin qarşısının alınması sahəsində bazarda qabaqcıl yer tutur. Texniki servis ilə məşğul olan işçilərimiz hər il istehsalçılar tərəfindən sertifikasiya prosedurunu keçir. Retail Solutions Şirkəti Azərbaycanda Sensormatic və CrossPoint brendlərinin rəsmi təmsilçisidir.